KÖŞƏ

Zahid Rza

Fiasko

09 mart 2018 22:20
4685

Azərbaycanın iqtisadi inkişafını, beynəlxalq aləmdə nüfuzunun gündən-günə artmasını həzm edə bilməyən qüvvələr ölkəmizdəki əlaltıları ilə birləşərək aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində respublikamzıa qarşı şər-böhtan, qarayaxma kampaniyasının rəngini bir az da qatılışadırıblar. Cəmiyyətimiz yaxşı bilir ki, antiazərbaycan dairələr və onların maşası olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacıyev və onların ətrafında olan beş-üç nəfər muzdlu söyüş söyənlər, şüar səsləndirənlər ölkəmizdə reallaşdırılan beynəlxalq və respublika əhəmiyyətli tədbirlər ərəfəsində Azərbaycan əleyhinə aparılan qara piar kampaniyasının dozasını artıraraq daha da aqressvləşirlər.

İstər bir neçə il bundan əvvəl ölkəmizdə uğurla reallaşdırılan “Eurovision-2012”, I Avropa Oyunları zamanı, istərsə də prezident, parlament seçkiləri zamanı bu qüvvələr müvəqqəti saziş bağlayaraq və ya mövsümü “nikaha” girərək ölkəmizin beynəlxalq imicini ləkləmək üçün dəridən-qabıqdan çıxsalar da, heç nəyə nail ola bilmirlər. Ona görə ki, onların hansı yuvanın quşu olduqlarını yaxşı bilən cəmiyyətimiz bu satqın və məkrli dəstəni artıq 25 ildir ki, rədd edib. Təbii ki, sosial bazanın yoxluğu bu üzdəniraq dəstənin ölkəmizə, milli dövlətçiliyimizə qarşı öz məkrli niyyətlərini həyata keçirməyə imkan vermir. Bu üzdən də gedtikcə aqressivləşən həmin dağıdıcı marginallar öz tör-töküntüləri ilə birlikdə sosial şəbəkələrdə yuva salaraq öz xarici ağalarının planları əsasında hərəkət edirlər. Onların heç bir real fakta söykənməyən, yanlız söyüş, təhqir və şər-böhtan dolu bu kampaniyaları Azərbaycan cəmiyyətində ikrah hissi ilə qarşılanır. Dağıdıcı müxalifətin dirijor çubuğu  və erməni lobbisinin təsiri altında olan təşkilatların maliyyəsi ilə hərəkət edərək Avropanın müxtəlif şəhərlərində küçələri sülənib normal ağlın və məntiqin qəbul edə bilmədiyi çirkin əməllərin sahibləri ictimaiyyətimizin nifrətini qazanmaqla yanaşı, getdikcə həm də lağ, gülüş obyektinə çevrilirlər. Bəzən insanlarımızda beynində belə belə bir sual yaranır: “Görəsən bu məxluqatlarda öz Vətəninə, xaqlına qarşı bu qədər kin-küdurət, antipatiya, satqınlıq hissi haradan qaynaqlanır?”

Şübhəsiz, həmin ağıldankəm, savadsız, siyasi cəhətdən yetkinləşməyən bu insanlar Ə.Kərimli, C.Həsənli, ermənilərin bir nömrəli layihələrindən olan Leyla Yunus kimi avantüristlər, satqınlar yoldan çıxarır, yanlış  tərəfə istiqmətləndirirlər. Milli mənliyi, ağıl və məntiqi zəif olan, hadisələri və prosesləri düzgün analiz edə bilməyən bu “mühacir-gənclər” isə şeytani hisslərin onların qəlbini , düşüncəsini zəbt etməsinə imkan verməməli, ağı qaradan seçməyi bacarmalı , haqq yoluna qayıtmalı, necə deyərlər, şeytani hisslərə qalib gəlmək bacarığını nüamyiş etdirməlidirlər. Artıq orduxanlar, məhəmmədlər, turallar, azərlər bütün “şüurlu ömrünü” antiazərbaycan təbliağata həsr edən L.Yunus, şəxsi ambisiyaları naminə ən ali dəyərləri tapdalayıb keçən Ə.Kərimli, C.Həsənli kimilərin mindikləri dəliş-deşik xəyanət gəmisinin sərnişinləri olmaqdan vaz keçməlidirlər. Nəhayət, onlar başa düşməlidirlər ki, mənsub olduğu Vətənə, torpağa xəyanət edən xəyanətkarların aqibəti bu dünyada xalqın nifrəti, o biri dünyada isə cəhənnəm əzabıdır.

O ki, qaldı “Milli Şura”nın martın 10-da keçirəcəyi mitinqə burada “köhnə hamam, əski tas olacaq”. Yenə də AXCP sədri Ə.Kərimli beş-on nəfər tanış-tunuşunun qarşısında əl-qolunu ölçərək boğazadan yuxarı bir nitq ərz edəcək, C.Həsənli klassik şairlərin yaradıcılığından bir neçə misra şeir söyləyəcək, beş-üç qəpiyə aldanıb ora toplaşanlar da mitinq-şounun tezliklə bitməsini diləyəcəklər. Dağıdıcı müxalifətin bu “başbilənləri” Qarabağın ermənilər tərəfindən işğal edilməsindən, bu işğal nəticəsində 25 ildən artıq bir müddətdə dogma yurd-yuvalarından didərgin düşümüş soydaşlarımızdan bircə kəlmə olsun belə danışamayacaqlar. Nədən? Çünki xaricdəki antiazərbaycan dairələrdəki ağaları tərəfindən onlara bu cür tapşırıq verilib. Bəs necə?- pulu verən də musiqini sifariş edir. Bunun isə bircə adı var-FİASKO. Vaxtilə dahi Üzeyir Hacıbəyli yazırdı ki, bizi xaricdən təhdid edən  general Denikin o qədər təhlükəli deyil. Təhlükəli olan içimizdəki denikinlərdir.