15 fevral 2018 19:19
1802

Biletlər tamamilə satılıb

Formula 1 üçün bu tribunada yer qalmadı

27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.

Trend-in məlumatına görə, Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır.

B.Özərdimin sözlərinə görə, xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75%-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib.