17 aprel 2024 13:08
155

Neft gölləri radioaktiv təhlükə mənbəyidir- Asim Mollazadə

Bakıətrafı kəndlərdə olan neft gölləri radioaktiv maddə saçır.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentdə “Sağlam ailə modelinin hüquqi aspektləri - Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, bunun uşaqların sağlamlığına təsiri diqqət mərkəzində saxlanılmalıdır:

“Görəsən, bunun həmin ərazilərdə yaşayan uşaqlarda mutasiyaya səbəb olması ilə bağlı araşdırılmalar aparılırmı? Bundan əlavə, hazırda Xəzər dənizi quruyur. Volqa, Ural, Kür çaylarında bəndlər vurulur və Polad Bülbüloğlunun mahnısındakı kimi, “dəniz qaçır”.