19 aprel 2024 13:55
148

Lavrov: Ukrayna ilə yeni danışıqlar aparılsa belə, Rusiya hərbi əməliyyatlara fasilə verməyəcək

Yeni danışıqlar aparılacağı təqdirdə belə, Rusiya Ukrayna ilə hərbi əməliyyatlarda heç bir fasilə verməyəcək.

"İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mediasına müsahibəsində deyib.

O, həmçinin qeyd edib ki, Moskva müharibə və döyüşlər əvəzinə, danışıqlara üstünlük verir.