27 aprel 2024 13:07
279

Azərbaycan Gürcüstandan kakao tədarükünə çəkdiyi xərci kəskin artırıb

Bu ilin I rübündə Gürcüstan Azərbaycana 446,4 min ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib.

Bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın kakao və kakao məhsulları ixrac etdiyi ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 4 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 2 dəfə çoxdur. O cümlədən Gürcüstandan Ermənistana 1,8 milyon ABŞ dolları, İrana 612 min ABŞ dolları, İraqa 473 min ABŞ dolları, Özbəkistana 208 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 10,3 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib ki, bunun da 1,9 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

“Report”