27 aprel 2024 19:07
257

Rusiya XİN ABŞ-ın bəyanatlarını dezinformasiya adlandırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfildin Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurasında islahatlara qarşı olduqları barədə bəyanatı dezinformasiyadır.

“İki sahil” xəbər verir ki, ​bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“ABŞ nümayəndəsinin bəyanatı açıq dezinformasiyadır, Rusiya BMT Təhlükəsizlik Şurasının islahat prosesini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir və bu qurumun dəyişməz qalacağına inanmır”, - deyə Zaxarova bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”