17 yanvar 2018 20:25
887

Salyanda ev yanıb

Salyan rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, yanğın ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli evdə qeydə alınıb. Hadisə nəticəsində ikiotaqlı ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.