17 yanvar 2018 16:46
1204

Gədəbəydə evdən 7 min manat oğurlandı

Gədəbəy rayonunda evdən xeyli pul və qızıl oğurlanıb.

AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Allahverdi Musayev saxlanılıb. Araşdırma aparılır.