06 may 2024 14:11
277

“Astor Enerji”dən yeni İNVESTİSİYA

Ankarada günəş elektrik stansiyası sərmayəsini tamamlayan və stansiyanı açmağa hazırlaşan Astor Enerji yeni fabrikə sərmayə qoyur. “Astor Enerji” AŞ-nin Maliyyə İşləri üzrə Meneceri Olcay Doğan şirkətin 2025-ci il hədəflərindən, əmək haqqı artımından və digər mövzularda məlumat verib.

“İki sahil” xəbər verir ki, “Astor Energy” Ankaranın Sincan 2-ci Mütəşəkkil Sənaye bölgəsində ayrılan 228 min 897 kvadrat metrlik ərazidə bu il inşa edəcəyi yeni fabriki ilə gücünü artırmağa davam edəcək.

Elektrik stansiyasına investisiya və şirkətin hədəfləri haqqında məlumat verən Olcay Doğan 2024-cü il üçün hədəfin 826 milyon dollar olaraq açıqlayıb. 2025-ci il dövriyyə hədəfini 23 faiz artımla 1 milyard 13 min dollar olacağını açıqlayan O.Doğan bildirib ki, 2024-cü ildə 400 milyon dollar, 2025-ci ildə isə 28 faiz artımla 512 milyon dollarlıq məhsul ixrac etməyi hədəfləyirik: “Gəlirimizi 2022-ci ilin sonuna görə yüzdə 23 artıraraq 16,9 milyard TL-yə çatdırdıq. Şirkətin xarici satışları ümumi gəlirinin 34 faizinə çatıb. İxrac payını 2024-cü ilin sonuna qədər 48 faizə, 2025-ci ilin sonuna qədər isə 51 faizə çatdırmağı hədəfləyirik.”