07 may 2024 10:31
225

Denisa Sakova: Birgə Bəyannamə münasibətlərin dərinləşməsində marağı təsdiqləyir

Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrin əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu təsdiqləyir.

“İki sahil” xəbər verir ki, bunu Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

“Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Slovakiya arasında iqtisadi əlaqələrin dərinləşdirilməsində qarşılıqlı marağı təsdiqləmək üçün daha bir əsas olacaq”, - nazir bildirib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında imzalanan bütün sənədlər ticarət əməkdaşlığını sadələşdirəcək və müvafiq bazarlara çıxa biləcək daha çox şirkət üçün qapıların açılmasına kömək edəcək: “Ümumilikdə 37 Slovakiya şirkəti və qurumu yeni tərəfdaşlar axtarmaq və ya mövcud əməkdaşlığı gücləndirmək məqsədi ilə bu foruma gəlib”.

Qeyd edək ki, bu gün Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması nəzərdən keçirilir.