07 may 2024 14:04
257

Almaniya iqtisadiyyatı RİSK ALTINDA: İXRAC AZALIR

Almaniya Ticarət və Sənaye Palatası (DIHK) Almaniyanın ixracında ötən il 1,8% azalmadan sonra bu il durğunluq gözlənildiyini bildirib.

DIHK-nın hesabatına görə, qlobal iqtisadiyyatda cüzi canlanma əlamətləri olsa da, siyasi qeyri-müəyyənlik və geosiyasi risklər səbəbindən şirkətlər bundan kifayət qədər faydalana bilmir.

DIHK Xarici Ticarət rəhbəri Volker Treier bildirib ki, ilin əvvəlində Almaniyanın xarici ticarətindəki zəif inkişaf və biznes gözləntilərində və investisiya niyyətlərindəki cüzi yaxşılaşma, cüzi ümid olmasına  baxmayaraq çətin bir il olduğunu göstərir.

DIHK hesabatı xaricdə fəaliyyət göstərən alman şirkətlərinin qlobal iqtisadi inkişaflara getdikcə daha nikbin olduğunu göstərir.

Sorğuda iştirak edən 4300 şirkətin 31%-i inflyasiyanın yavaşlamasına və faiz dərəcələrinin azaldılması ümidi ilə bu il xarici ölkələrdə iqtisadi canlanma gözləyir. Noyabrda keçirilən son sorğuda bu nisbət 22% olub.

V.Treier bildirib ki, bir çox qlobal bazarlarda yüksəlişin əlamətləri var: “Bu, bir çox şirkətlərə şəraitin yenidən yaxşılaşacağına ümid verir. Lakin iqtisadi perspektivlərin yaxşılaşması hələ beynəlxalq ticarətdə və buna görə də alman şirkətlərinin yerli biznesində eyni dərəcədə güclü canlanmaya səbəb olmayıb.”

Orxan Vahidoğlu, "İki sahil"