07 may 2024 14:55
322

Türkiyə-ABŞ münasibətlərində ENERJİ AMİLİ: Bayraktar VAŞİNQTONDADIR

ABŞ-da danışıqlar aparacaq Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşəcək.

“İki sahil” xəbər verir ki, A.Bayraktarın bu gün başlayan və bir gün davam edəcək Vaşinqton səfərinin ən mühüm hissəsi C.Qranholm ilə görüşü olacaq. Görüş zamanı Türkiyə ilə ABŞ arasında “enerji və iqlim dialoq proqramı”na start veriləcək və ikitərəfli dialoq mexanizmi üçün ilk görüş Vaşinqtonda keçiriləcək.

Türk-Amerika Konfransının panelində çıxışı da planlaşdırılan A.Bayraktar Türkiyəyə enerji sahəsində sərmayə qoyulması çağırışı edəcək.