08 may 2024 08:49
250

Bir neçə ölkə ABŞ dollarından asılılığını azaldır

“COVID-19 pandemiyası və Ukraynadakı münaqişə də daxil olmaqla bir neçə illik qarışıqlıqdan sonra dövlətlər iqtisadi və milli təhlükəsizlik narahatlıqları əsasında ticarət tərəfdaşlıqlarını nəzərdən keçirirlər”.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Qita Qopinat deyib.

O qeyd edib ki, artan geosiyasi risklərə baxmayaraq, ABŞ dolları hələ də üstünlük təşkil edir: “SWIFT ödəniş sisteminə əsasən, dollar ticarətin maliyyələşdirilməsinin təxminən 80%-ni təşkil edir”.

Onun sözlərinə görə, Çin yönümlü ölkələr arasında dəyişikliklər daha çox nəzərə çarpır: “Çin blokunda ABŞ dollarının ticarət maliyyəsi ödənişlərindəki payı 2022-ci ilin əvvəlindən azalıb”.