09 may 2024 10:29
245

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“WhatsApp” mesencerində foto və video çəkməklə bağlı yeni funksiya istifadəyə veriləcək.

“İki sahil” xəbər verir ki, foto çəkərkən istifadəçilər çəkiliş miqyasını dəyişə biləcəklər.

Məlumata görə, yenilik “WhatsApp” mesencerinin “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün beta versiyasında mövcuddur.

Bunun üçün onlar kamera işarəsinin yanında yerləşən xüsusi düyməni basmalı olacaqlar. Yeni funksiyanın proqram vasitəsilə foto və video çəkiliş prosesini daha rahat edəcəyi bildirilir.

Qeyd edək ki, daha əvvəl tətbiq edilən yenilik sayəsinə mesencerin “iOS” əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratmaq mümkün olub.