05 iyul 2024 17:08
177

ATƏT/DTİHB seçkilərə müşahidə missiyas göndərməyə dəvət edilib

İki gün əvvəl ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyası (PA) sentyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərə müşahidə missiyaları göndərmək üçün Azərbaycandan rəsmi dəvət alıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “Report”a diplomatik mənbələr məlumat verib.

Bildirilib ki, hazırda qurum Azərbaycanın təklifini nəzərdən keçirir.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.