Fransanın “Total” neft-qaz şirkəti ilə Braziliyanın dövlət neft şirkəti “Petrobras” (“Petroleo Brasileiro SA”) 2,2 milyard dollarlıq saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Total” məlumat yayıb. Sazişə görə, “Petrobras” “Lara” bölgəsindəki 65 faizlik neft hasilatı hüququnun 22,5 faizini “Total”a satacaq. Ödənişin 1,6 milyard dollarlıq hissəsi nağd olaraq, qalanı isə 400 milyon dollar olmaqla hissə-hissə kredit şəklində veriləcək.
Bu səhm satışına baxmayaraq “Petrobras” “Lara”da istehsal hüququnu davam etdirəcək və 42,5 faiz ən böyük səhmdar olacaq. Digər səhmdarlardan “Shell”in törəməsi olan “BG E & P Brasil” 25 faiz, “Petrogal Brasil” isə 10 faiz paya malikdirlər.
Saziş çərçivəsində “Lara” bölgəsindəki 45 faizlik səhmin 35 faizini və idarəetmə hüququ da “Total”a verilib.
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb