Prezident İlham Əliyev livanlı həmkarını təbrik edib

21 noyabr 2017 21:59
644

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Livan xalqına sülh və tərəqqi arzulayıram".