24 yanvar 2018 14:04
1212

Fransa prezidenti: Qarabağ münaqişəsinin həlli vacibdir

"Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq vacibdir"

AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Makron bildirib ki, Fransa münaqişənin həlli istiqamətində ABŞ və Rusiya ilə birlikdə səylər göstərməyə hazırdır.

"Mən Ermənistan prezidentinə bildirdim ki, Fransa münaqişə tərəfləri arasında qərəzsiz vasitəçiliyə sadiqdir. Biz rusiyalı və amerikalı müttəfiqlərimizlə birlikdə münaqişənin həllinə kömək edə biləcək istənilən təşəbbüslərə hazırıq", - deyə Fransa prezidenti vurğulayıb.