Qarabağ və Şərqi Zəngəzurun bərpası ümummilli hədəfdir. “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”. Dövlətimizin başçısının bu sözləri deməyə əsas verir ki, ölkəmizin zəngin potensial imkanları azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib. azirliyinin məlumatına görə, ötən 9 ay ərzində Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq layihələrinə 3 milyard 741 milyon manat vəsait yönəldib.
Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası dövlətimizin iradəsinin göstəricisidir. Hazırda düşməndən təmizlənən Şərqi Zəngəzurun yaşayış sahələrində ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər sürətlə gerçəkləşdirilir.Bu çərçivədə görülən layihələr isə həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir. Əhalinin yaşayışı üçün rahat şəraiti olan çoxmənzilli binaların inşası da paralel aparılır. Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Fizulidə çoxmənzilli yaşayış məhəlləsi, Zəngilanda 6 ikimərtəbəli, 4 üçmərtəbəli binaların tikintisinə start verilib. Böyük Qayıdış”ın birinci pilot layihəsi artıq Zəngilanda müvəffəqiyyətlə icra edilib. 200 evdən ibarət kənd salınıb. Onun işıq, qaz, su, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək ximətləri yaradılıb. Ağalı kəndinin ilk sakinləri öz yurdlarına qovuşub. Sözsüz ki, bəhs olunan Dövlət Proqramının uğurlu icrası Qarabağ və Şərqi Zəngəzurun inkişafına güclü təkan verəcək, daha neçə-neçə kənd və şəhərlərə insan nəfəsi dəyəcək, gözəl mənzillərdən gur işıqlar yanacaq.İşğaldan azad olunmuş ərazilərəböyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdəmüasir infrastrukturların yaradılması (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası v əyenid ən qurulması,yaşayış evlərinin tikintisi və s.) məqsədilə2025-c i ilin dövlət büdcəsindən 4,0 milyard manat vəsait nəzərdə tutulub.
Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınarsa, işğaldan azad olunan rayonların ərazisində icra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələri, ümumilikdə, 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Bölgənin 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq “yaşıl enerji” layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra Qarabağ və Şərqi Zəngəzurun tam olaraq “yaşıl enerji” ilə təmin ediləcəyi deməkdir.Növbəti illərdi bərpa işləri daha da sürətlənməyə davam edəcək həmçinin beynəlxalq arenalarda daha çox ön plana çıxacaq. Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Səbinə Axundzadə,
YAP Xətai rayon təşkilatının Araz Novruzov 31 Ərazi partiya təşkilatının üzvü