21 oktyabr 2024 11:20
117

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Sumqayıtda növbəti ağacəkmə aksiyası keçirilib.

Şəhər İcra Hakimiyyətindən "İki sahil"ə verilən məlumata görə, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 19-da Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində ağacəkmə aksiyası təşkil edilib.

Gün ərzində yolun kənarlarında 17 min ağac əkilib. Yeni salınan yaşıllıqlar suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

Noyabr ayının əvvəlinədək ərazidə davam edəcək aksiya zamanı 300 min ağacın əkilməsi nəzərdə tutulub.