21 oktyabr 2024 23:12
124

Rusiya Ukraynanın itkilərini açıqladı - 971-ci gün

Rusiya müharibənin 971-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 646 təyyarəsi, 283 helikopteri, 34 018 PUA-sı, 582 zenit-raket kompleksi, 18 743 tank və digər zirehli texnikası, 1 478 reaktiv yaylım atəş sistemi, 16 480 artilleriya və minaatanı, 27 443 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.