22 oktyabr 2024 08:19
93

Si Cinpin Kazana gedib

Çin prezidenti Si Cinpin BRİKS-in 16-cı sammitində iştirak etmək üçün Pekindən Kazana yollanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Televiziyası məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 22-24-də Çin lideri BRİKS ölkələrinin liderləri ilə mövcud beynəlxalq vəziyyət, praktiki əməkdaşlıq və təşkilati mexanizmlərin inkişafı, eləcə də ümumi maraq kəsb edən digər mühüm məsələlərlə bağlı dərin fikir mübadiləsi aparacaq.

Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bazar ertəsi jurnalistlərə bildirib ki, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin Si Cinpinlə danışıqlar aparacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”