22 oktyabr 2024 16:37
82

Rusiya miqrasiya siyasətini sərtləşdirir

Rusiya Dövlət Duması miqrasiya siyasətini sərtləşdirmək üçün üç qanun layihəsini təsdiqləyib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  plenar iclasda Dövlət Duması miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan bir sıra layihələri birinci oxunuşda təsdiqləyib.

Digər məsələlərlə yanaşı, deputatlar miqrantlar üçün hərtərəfli imtahanın təşkili və keçirilməsi ilə bağlı hüquq və vəzifələrin üçüncü şəxslərə verilməsinin qadağan edilməsini dəstəkləyiblər.

Qanunsuz miqrasiyanın təşkili üçün istifadə olunan sənədlərin saxtalaşdırılmasına görə hüquqi şəxslərin məsuliyyətini nəzərdə tutan qanun layihəsi də birinci oxunuşda qəbul edilib. Birinci qayda pozuntusuna görə cərimə 5 milyondan 10 milyon rubla qədər, təkrar pozuntuya görə 10 milyondan 60 milyon rubla qədər olacaq.

Xarici vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin saxtalaşdırılmasına görə cərimə 50 mindən 100 min rubla qədər, təkrar pozuntu üçün 100 mindən 300 min rubla qədər olacaq.