03 noyabr 2024 15:51
198

Silahlı dəstə DHL ofisini qarət edib, oğurlanmış yük maşınlarını yandırıb

Bu gecə İtaliyanın Piacenza əyalətindəki Monticelli d'Ongina şəhərindəki DHL qərargahına hücum edilib.

“İki sahil”in ANSA-ya istinadən verdiyi məlumatına görə, mütəşəkkil oğru dəstəsi şirkətin həyətinə silah-sursatla basqın edərək yük maşınlarından və anbardan külli miqdarda texnoloji material oğurlayıb.

Digər cinayət ortaqları polisin gəlməsinin qarşısını almaq üçün planı həyata keçirərək, oğurlanmış avtomobilləri və furqonları əraziyə giriş-çıxış yollarında saxlayıb və yandıraraq qaçıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”