İsrail hərbçiləri Livanda atəşkəs rejiminə ciddi şəkildə nəzarət edəcək.
“İki sahil” xəbər verir ki, bunu İsrailin Müdafiə Ordusunun Baş Qərargah rəisi Herzi Halevi deyib.
"Bu razılaşmanın pozulmasına qarşı cavab tədbirləri görüləcək", - Halevi bildirib.
Noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra atəşkəs haqqında ilk saziş qüvvəyə minib. ABŞ Prezidenti Cozef Bayden bəyan edib ki, İsrail və “Hizbullah” arasında razılaşmalar 60 gün ərzində Livan ordusu və dövlət təhlükəsizlik qüvvələri tərəfindən ölkə ərazisinə nəzarətin bərpasını nəzərdə tutur. Bundan sonra İsrail ordusu tədricən Livandan çəkiləcək.