03 noyabr 2024 17:43
178

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

Moldovada prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar. Seçki məntəqələrində seçici fəallığı 20 faizdən və ya seçici siyahılarına daxil edilmiş vətəndaşların beşdəbirindən çoxdur.

“İki sahil” xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 12.30-a qədər ölkənin 775 mindən çox vətəndaşı və ya 27,25 faizi səsvermə hüququndan istifadə edib.

Seçicilərin ümumi sayının 53 faizindən çoxu qadınlar, 46 faizə yaxını kişilərdir. Ən fəal seçicilər 56-65 yaş (23,40 faiz), ən passiv seçicilər isə 76 yaşdan yuxarı (4,98 faiz) insanlardır. Kişineuda 173 minə yaxın vətəndaş və ya seçicilərin 26 faizindən çoxu seçki məntəqələrinə gəlib.

Seçki Məcəlləsinə əsasən, ikinci turda seçici siyahılarına daxil edilmiş şəxslərin ən azı beşdəbirinin iştirak edəcəyi təqdirdə seçkilər baş tutmuş sayılır.

Moldova Respublikasının vətəndaşları bu gün növbəti dörd il üçün ölkə prezidentini seçirlər. Seçki məntəqələri saat 7.00-da açılıb, saat 21.00-da bağlanacaq.

Bu gün Moldova Respublikasında prezident seçkilərinin ikinci turu keçirilir. Dövlət başçısı postu uğrunda hazırkı prezident Maya Sandu və sosialist namizəd Aleksandr Stoyanoqlo mübarizə aparırlar.