26 oktyabr 2017 19:22
463

CAREC-in 2030-cu ilədək strategiyası təsdiqlənəcək

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatının (CAREC) 2030-cu ilədək strategiyası təsdiqlənəcək.

Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 27-də Tacikistanın paytaxtı Düşənbə şəhərində CAREC-in (Central Asia Regional Economic Cooperation) Nazirlər Konfransı keçiriləcək. Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Konfransda CAREC-in 2030-cu ilədək strategiyası təsdiqlənəcək. Strategiya CAREC-in mandatını genişləndirəcək, yeni inkişafın təməlini qoyacaq.

Konfransda AİB-in prezidenti Takehiko Nakao da iştirak edəcək.