01 oktyabr 2025 10:41
112

İsrail səfiri Ələt Azad İqtisadi Zonasında olub

İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Ələt Azad İqtisadi Zonasının (AFEZ) İdarə Heyətinin sədri Valeh Ələsgərovla iki ölkə arasında əməkdaşlıq sahələrini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Səfir Ronen Kraus və onun müavini Aviv Zel Ələt Azad İqtisadi Zonasında olub. Səfər çərçivəsində AFEZ-in İdarə Heyətinin sədri Valeh Ələsgərov qonaqlara zonanın üstünlükləri haqqında təqdimat edib. Tərəflər gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər", - məlumatda qeyd olunub.