26 oktyabr 2017 18:56
396

Ölkə üzrə pambıq tədarükü 130 min tonu ötüb

Oktyabrın 26-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 132 min 283,85 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 25-də 4256,42 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

AZƏRTAC pambıq tədarükünə dair oktyabrın 26-na olan operativ məlumatı təqdim edir.