27 sentyabr 2017 15:07
945

Səudiyyə Ərəbistanında çoxdan gözlənilən qərar verildi

Səudiyyə Ərəbistanında dövlət televiziyasında dünyanın gözlədiyi xəbər elan edilib. 

Milli.Az bildirir ki, bundan sonra Səudiyyə Ərəbistanı qadınları da avtomobil idarə edə biləcəklər. Daha həmin ölkədə qadınlara da sürücülük hüququ veriləcək. Bu xəbər ABŞ-da müsbət qarşılanıb.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların maşın sürə bilmədiyi sonuncu ölkə idi.