23 sentyabr 2017 20:31
515

Gömrükçülər narkotik vasitə aşkar ediblər

Gömrükçülər narkotik vasitə - marixuana aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirilib ki, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. Yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.