21 sentyabr 2017 14:46
553

Bakıda itkin düşən turist xaricdə tapıldı

Bakıda itkin düşən turistin yeri müəyyənləşib

Bakıda xarici ölkə vətəndaşı itkin düşüb.

APA-nın xəbərinə görə, sentyabrın 19-da əcnəbi vətəndaş, 1990-cı il təvəllüdlü Padova Anita Eruelanın itkin düşməsi barədə Bakı şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.

Həyata keçirilən araşdırmalar zamanı onun həmin tarixdə Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə getdiyi müəyyən edilib.