Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Azərbaycana səfər fevralın 24-də başlayacaq və Baş nazir burada üç gün qalacaq. Bakıda Pakistana 2 milyard dollar məbləğində investisiya qoyuluşu ilə bağlı sazişlər imzalanacaq. Bu investisiya sazişləri neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılmasına yönələcək ki, bu da bu mühüm sahələrdə gələcək əməkdaşlıq üçün yol açacaq", - nəşr qeyd edib.
Baş nazir Ş.Şərifin Azərbaycan biznes-liderləri ilə görüşlər keçirəcəyi və Azərbaycan şirkətlərini Pakistana investisiya yatırmağa və biznes müəssisələri açmağa dəvət edəcəyi gözlənilir.
Azərbaycandan sonra Pakistan Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək.
Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır - Avropa İttifaqı Şurasının Prezidenti
Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq - Prezident İlham Əliyev