20 sentyabr 2017 21:07
583

ABŞ Konqresinin üzvlərinin qanunsuz səfəri məsələsi araşdırılır

XİN: ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Frənk Pallonenin və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “Özlərini ABŞ Konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ-dakı erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə erməni lobbisindən asılı vəziyyətdədirlər.