Albaniyanın Tirana şəhərində Ümumdünya Poçt İttifaqının “Elektron ticarətə hazırlıq” tədbirinin üçüncü praktiki seminarı təşkil olunub.
“İki sahil” xəbər verir ki, seminarda “Azərpoçt”un İdarə Heyətinin üzvü Elgün Rəsulov və Daxili daşımalar departamentinin direktoru Madonna Əlixanova iştirak ediblər.
17 ölkədən 41 iştirakçının qatıldığı seminarda poçt və gömrük əməkdaşlığının gücləndirilməsi, ASYCUDA və CDS sistemləri arasında məlumat mübadiləsi, Qabaqcıl Elektron Məlumatlar üzrə yeniliklər, Risklərin qiymətləndirilməsi və poçt təhlükəsizliyi və gömrük bəyannamələrində uyğunluğun artırılması mövzuları üzrə müzakirələr aparılıb.
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb