12 sentyabr 2017 22:25
448

U-19: “Çelsi”-“Qarabağ” matçı başa çatıb

U-19 UEFA Gənclər Liqası: “Çelsi”-“Qarabağ” matçı başa çatıb

“Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu “Çelsi” ilə keçirib.

AZƏRTAC xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində hesab açılmayıb. Görüşün 49-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu İbrahim Qədirzadənin qırmızı vərəqə alaraq komandasını sayca azlıqda qoyması oyunun taleyini həll edib. Belə ki, bundan cəmi beş dəqiqə sonra “Çelsi”nin oyunçusu Hudson-Odoi hesabı açıb. Qarşılaşmanın 63-cü, 71-ci və 74-cü dəqiqələrində Makkormik het-trik edərək hesab arasındakı fərqi daha da artırıb. Görüşün 80-ci dəqiqəsində isə Braun oyunda son nöqtəni qoyub – 5:0. Beləliklə, matç “Çelsi”nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.