12 sentyabr 2017 17:47
461

“Çelsi” yeni formasını təqdim edib

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi” yeni formasını təqdim edib

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən İngiltərənin “Çelsi” komandası cari mövsüm üçün yeni formasını təqdim edib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Nike” firmasının istehsalı olan qara rəngli forma naxışlardan ibarətdir.

Qeyd edək ki, dünən “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki digər rəqibi “Roma” da yeni formasını təqdim etmişdi.