Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar yerli məşğulluq filialları və elektron platforma ilə yanaşı, KOB dostlarına da müraciət edə bilərlər.
“İki sahil” xəbər verir ki, Özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramın iştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirmək istəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edə bilərlər.
KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir. Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə isə özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş vətəndaşlar bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın məsləhət, biznesin planlaşdırılması, satış bazarlarına çıxış və s. istiqamətlərdə xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, 2019-2024-cü illərdə 800-dək vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən yararlanıb.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır