İordaniyanın paytaxtı Əmmanda Azərbaycanın turizm potensialı təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Yaxın Şərq ölkəsindəki səfirliyindən məlumat verilib.
“Əmmanda 1-ci MENA turizm sərgisinin açılış mərasimində iştirak etdik.
“Flame Tours & DMC” ilə birlikdə biz İordaniyanın turizm və qədim abidələr naziri Lina Annaba Azərbaycanın turizm imkanlarını təbliğ edən stend təqdim etdik”, - diplomatik missiyanın “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilir.
Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
Azərbaycan Turizm Bürosu ilə “Slovakia Travel” arasında əməkdaşlıq memorandumu imzalanıb