11 avqust 2017 22:20
449

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə yeniliklər olub

Bu il ilk dəfə musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 11-dən etibarən, fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədin şəxsi səhifələrinə yerləşdirilib.

Qeyd edək ki, respublikanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.