Alyaska ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu ştatın qubernatoru Mayk Danlivi “X” sosial şəbəkəsində yazıb.
"Burada qlobal əhəmiyyətli müzakirələrin getməsi məntiqlidir. Əsrlər boyu Alyaska ölkələr arasında körpü rolunu oynayıb və bu gün biz dünyanın ən mühüm regionlarından birində diplomatiya, ticarət və təhlükəsizlik üçün qapı olaraq qalırıq", - o yazıb.
Tramp avqustun 15-də Alyaskada Putinlə görüşməyi gözlədiyini bildirib. Rusiya liderinin köməkçisi Yuri Uşakov Ağ Ev rəhbərinin sözlərini təsdiqləyib.
Seutada sosial şəbəkələrdə yeni miqrant axını ilə bağlı çağırışlar narahatlıq yaradıb
Yaponiyada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib