Üç Tailand əsgəri Kamboca ilə sərhəddə minaya düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Tailand ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, əsgərlər sərhəddə patrul xidməti həyata keçirərkən əsgərlərdən biri minaya basıb. Partlayış nəticəsində əsgərlərdən biri ayağını itirib, ikisi isə yaralanıb.
Onların hazırda xəstəxanada müalicəsinin davam etdiyi bildirilir.
Seutada sosial şəbəkələrdə yeni miqrant axını ilə bağlı çağırışlar narahatlıq yaradıb
Yaponiyada atom bombardmanı qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilib