Qadın voleybolçulardan ibarət Türkiyə millisi Tailandda təşkil olunan dünya çempionatının qrup mərhələsində son oyununu keçirib.
“İki sahil” xəbər verir ki, "ay-ulduzlular" E qrupundakı üçüncü matçında Kanada seçməsi ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
İlk iki turda İspaniya və Bolqarıstanı da eyni hesabla məğlub edən Türkiyə yığması 1/8 finala maksimum nəticə ilə adlayıb.
Komanda 1/4 finala gedən yolda Sloveniya yığmasını sınağa çəkəcək.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib