"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün növbəti matçını keçirəcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu Şotlandiyanın "PYF Saltires" klubu ilə üz üzə gələcək.
Qarşılaşma Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Görüşü Vladimir Sebek (Monteneqro) və Filipe Duarte (Portuqaliya) idarə edəcəklər.
Naxçıvan təmsilçisi ilk oyunda Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komandanın yer aldığı qrupun oyunları Linz şəhərində keçirilir. "Araz-Naxçıvan" ilkin mərhələdə sonuncu matçını avqustun 30-da yerli "Ljuti Krajişniçi" klubuna qarşı keçirəcək.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək