Türkiyənin “Beşiktaş” klubu futbolçusu Məhəmməd Əl-Musratini icarəyə verib.
“İki sahil” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi karyerasını qarşıdakı bir il ərzində İtaliyanın “Verona” komandasında davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.
Liviyalı oyunçu ötən mövsüm Fransa təmsilçisi “Monako”da icarədə olub.
Məhəmməd Əl-Musrati 2024-cü ildə Portuqaliyanın “Braqa” klubundan “Beşiktaş”a keçib.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək