"Liverpul" üçün "Qarabağ"la qarşılaşmaq xoş olacaq.
“İki sahil” xəbər verir ki, bunu İngiltərə təmsilçisi "Liverpul"un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.
Niderlandlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında çətin rəqiblərlə üz-üzə gələcəklərini bildirib:
"Ötən il olduğu kimi, bu mövsüm də güclü rəqiblərlə oynayacağıq. Ümumiyyətlə, Çempionlar Liqasının yeni formatında asan püşk olmur. Niderlandda PSV-yə qarşı çıxış etmək xoş olacaq. Eyni sözləri Türkiyənin "Qalatasaray" və Azərbaycanın "Qarabağ" klubları üçün də söyləmək olar. Hər üç komanda ölkələrinin çempionlarıdır. Yenə də bildirmək istəyirəm ki, bütün görüşlər çətin keçəcək".
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının Liqa mərhələsində "Real" (İspaniya), "İnter" (İtaliya), "Atletiko" (İspaniya), "Ayntraxt" (Frankfurt, Almaniya), PSV (Niderland), "Marsel" (Fransa), "Qarabağ" və "Qalatasaray"la (Türkiyə) qarşılaşacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək