Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisinin kimliyi bəlli olub.
“İki sahil” "TRT Spor"a istinadən xəbər verir ki, "qara qartallar"ı bundan sonra Sergen Yalçın çalışdıracaq.
Qeyd olunub ki, S. Yalçın bu gündən artıq məşqlərə də qatılacaq.
Xatırladaq ki, bu, çalışdırıcının "Beşiktaş"da baş məşqçi kimi ikinci dönəmi olacaq. Belə ki, o, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "qara qartallar"ın baş məşqçisi olub və komanda ilə Türkiyə Superliqasını və kubokunu qazanıb.
Onu da bildirək ki, "Beşiktaş" norveçli baş məşqçi Ule Qunnar Sulşerlə UEFA Konfrans Liqasındakı uğursuz çıxışdan sonra yollarını ayırıb.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək