Azərbaycanın daha iki yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bu gün mübarizəyə qoşulacaq.
“İki sahil” xəbər verir ki, Məhəmməd Ağakişiyev (73 kq) 1/16 finalda Yeso Samsiani (Gürcüstan) / Atxan Biçoyev (IJF) cütünün qalibi, Səmayə Yusifli (57 kq) isə eyni raundda Nonoka Yamakava (Yaponiya) ilə üz-üzə gələcək.
Qeyd edək ki, indiyədək Azərbaycanın 11 cüdoçusu tatamiyə çıxıb. Onlardan Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc medal qazanıblar.
Turnirdə fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də isə qarışıq komanda yarışı baş tutacaq.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək