"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması Azərbaycan üçün nailiyyətdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiya yığmasına qarşı keçirəcəkləri görüşdən əvvəl mətbuat konfransında deyib.
70 yaşlı mütəxəssis komandanı uğur münasibətilə təbrik edib: "Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ı təbrik edirəm. Bu uğur Azərbaycan üçün nailiyyətdir. Avropada Azərbaycan haqqında danışacaqlar".
O, millinin heyətinə cəlb olunan qapıçılarla bağlı bunları deyib: "Əlbəttə, rəqabət mühitində özünü göstərə bilməyən futbolçu məni narahat edə bilər. İstərdim ki bütün oyunçular komandalarında şans qazansınlar. Amma reallıq belədir və bu ssenari ilə davam etməliyik".
Qeyd edək ki, yığma sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna ilə üz-üzə gələcək.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək