“Fənərbaxça” baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, portuqaliyalı məşqçi “Fənərbaxça”ya ötən ilin may ayında gəlmişdi.
Mourinyonun müqaviləsi 2026-cı ilin yayında başa çatacaqdı. Müqavilə vaxtından əvvəl ləğv edildiyindən portuqaliyalı mütəxəssisə təzminat ödənilməlidir.
O, daha öncə “Porto”, “Çelsi”, “İnter”, Real”, “Mançester Yunayted” kimi Avropa nəhənglərini çalışdırıb. “Fənərbaxça” dan əvvəl isə İtaliyanın “Roma” klubuna baş məşqçilik edib.

Xatırladaq ki, “Fənərbaxça” 17 ildir Çempionlar Liqasının qrup mərhələsinə yüksələ bilmir.
Rəşad Nəbiyev Marius Vizeri "Dostluq" ordeni ilə təltif olunması münasibətilə təbrik edib
İdmançılarımız "5th Aere Trampoline Cup" beynəlxalq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək